Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Elşən Baxışlı və əsgər Əli Nağıyev ildırım vurması nəticəsində həlak olublar. Hadisə hərbçilərimizin xidməti vaxtında baş verib.
Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hərbi-hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.
Şərhlər