Xəbər lenti

Hakan Fidan Rusiyaya səfər edəcək
Dünya15:37 09.06.2024

Hakan Fidan Rusiyaya səfər edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyun 2024-cü il tarixlərində Rusiya Federasiyasına səfər edəcək”, –məlumatda bildirilir.
Məlumata görə, XİN rəhbəri Moskvada ikitərəfli görüşlər keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda BRİKS xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq BRICS+ sessiyasında iştirak edəcək.