Xəbər lenti

Azərbaycanda alim olmaq istəyənlər ən çox hansı sahələrdə araşdırma aparırlar? (SİYAHI)
Ölkə 16:40 09.06.2024

Azərbaycanda alim olmaq istəyənlər ən çox hansı sahələrdə araşdırma aparırlar? (SİYAHI)

Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2 552 nəfərin 540-ı iqtisad, 413-ü texnika, 250-si filologiya, 172-si tibb, 148-i pedaqogika, 127-si biologiya, 112-si siyasi, 105-i yer elmləri, 95-i tarix, 92-si hüquq, 86-sı aqrar, 73-ü riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır. 

Bu barədə məlumatı Dövlət Statisitka Komitəsi açıqlayıb.

Bildirilir ki, doktorantların 111 nəfəri filologiya, 72 nəfəri iqtisad, 55 nəfəri texnika, hər birində 48 nəfər olmaqla 96 nəfəri tibb və biologiya, 42 nəfəri aqrar, 37 nəfəri tarix, 33 nəfəri kimya, 30 nəfəri yer elmləri, 28 nəfəri hüquq, hər birində 19 nəfər olmaqla 38 nəfəri sənətşünaslıq və pedaqogika, 16 nəfəri siyasi elmlər, 15 nəfəri riyaziyyat, 35 nəfəri isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.//Yeniavaz.com

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->