Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) növbəti dəyişiklik baş verib.
Qaynarinfo xəbər veirr ki, azeuronews.com-un əldə etdiyi məlumata görə, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov Qazaxıstan və Orta Asiya bürosunun müxbiri Fadil Paşayevi yanvar ayının sonunda geri çağırdıqdan sonra televiziyanın London və Yaponiya bürosunun ardınca bu büronu da bağlamaq qərarına gəlib. O buna səbəb olaraq xarici bürolara ayrılan xərcləri vəsait itkisi olduğunu bildirib.
Fadail Paşayev
Lakin bu addım qalmaqala səbəb olub. Belə ki, televiziya rəhbərliyi F.Paşayevdən işdən çıxma haqqında ərizə tələb etdikdə müqavimətlə rastlaşıb. F.Paşayev özünə qarşı bu haqsızlıqla barışmayaraq QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədovun bu tələbi ilə razılaşmayıb.
O, AzTV-nin informasiya proqramları departamentinin baş direktoru, görkəmli jurnalist Faiq Hüsiyevin və daha iri məmurlarla qohumluğunu xatırladaraq QSC-nin Reklam və Marketinq Departamentinin rəhbəri postunu istəyib. Rəhbərlik isə buna cavab olaraq onu əmrlə işdən azad etsə də, bir müddət sonra F. Paşayev gözlənilmədən AzTV-də işə götürülüb.
Məlumata görə, F.Paşayev ona qarşı baş verən haqsızlığın baş verdiyini bildirərək Rövşən Məmmədovdan bir çox dövlət qurumuna şikayət edib. R. Məmmədov bundan sonra yenidən F.Paşayevi AzTV-yə qaytarıb.
Xatırladaq ki, Faiq Hüsiyev də bu ərəfədə gözlənilmədən tutduğu vəzifədən azad edilib, amma paralel icra etdiyi AzTV-nin TV və Radio Akademiyasında rektor vəzifəsində saxlanılıb.
Faiq Hüsiyev
Başqa bir xəbər isə, vaxtı ilə AzTV-nin informasiya proqramları departamentinin baş direktoru olan Faiq Hüseyivin müavini olmuş Mehriban Məmmədova ilə bağlıdır. Belə ki, son vaxtlar televiziyada aparılan kadr dəyişikliyi çərçivəsində yüksək vəzifə iddiasında olan Mehriban Məmmədova keçmiş sədr Arif Alışanovun kadrıdır. Onun iddiaları rəhbərliyinə xoş gəlmədiyindən o, tutduğu vəzifədən azad edilib. Yerinə isə, "Əsas məsələ” verlişinin aparıcısı Rüfət Həmzəyev təyin olunub.
Mehriban Məmmədova
Lakin Mehriban Məmmədovanın inadı və müqaviməti ilə rastlaşan Rövşən Məmmədov onu Faiq Hüsiyevin keçmiş postuna təyin edib.
Mövzu ilə bağlı AzTV rəhbərliyinin fikirlərini öyrənmək cəhdləri baş tutmayıb.
Şərhlər