Xəbər lenti

İŞİD lideri ən çox axtarılan terrorçular siyahısına salınmadı
Dünya 09:14 07.02.2018

İŞİD lideri ən çox axtarılan terrorçular siyahısına salınmadı

İraq Ali Məhkəməsi "Ən çox axtarılanlar" siyahısı hazırlayaraq təhlükəsizlik qüvvələrinə göndərib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, siyahıda 28 İŞİD, 12 Əl Qaidə, 20 İraq Baas Partiyasının üzvü var. Məsələnin maraqlı tərəfi odur ki, İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl Bağdadinin adı siyahıda yoxdur. Axtarılanlar sırasında sabiq İraq prezidenti Səddam Hüseynin İordaniyada yaşayan qızı Raqhad Hüseynin, Livanın Ərəb Milli Konqresinin sabiq baş katibi Min Beşurun da adı var.

Qeyd edək ki, Bağdadi 2011-ci ildə ABŞ tərəfindən terrorçu elan edilib və onun öldürülməsi üçün 10 milyon dollar mükafat qoyulub. Ötən ilin may ayından etibarən İŞİD liderinin öldürülməsi barədə dəfələrlə xəbərlər yayılsa da, sonradan bu məlumatlar öz təsdiqini tapmayıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->