Xəbər lenti

Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü (FOTO)
Ölkə 10:31 26.04.2025

Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü (FOTO)

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

--> -->