"Bakı Metropoliteni tam formada dəyişdiriləcək".
Bu barədə ANS PRESS-ə Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva açıqlama verib. O, qeyd edib ki, iki ay müddətində Bakı Metropoliteni QSC-nin strukturunun tam dəyişdirilməsi ilə bağlı nizamnamə hazırlanacaq: “Artıq bu istiqamətdə işlərə start verilib”,- deyə N. Tarıverdiyeva məlumat verib: “Hüquqi cəhətdən sənədlərin hazırlanması və dəyişdirilməsi çox çətin bir prossesdir”.
N.Tarıverdiyeva həmçinin Bakı Metropolitenin Fransa şirkətlərinə satılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Onun sözlərinə görə, Bakı Metropoliteni Fransa şirkətlərinə satılmayacaq və bu barədə yeni hazırlanan sənədlərə də məlumat daxil olmayıb.
“Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətidir. O, heç vaxt satıla bilməz. Metronun satılması barədə bizdə heç bir məlumat yoxdur. Yeni struktur islahatları hazırlanır”.
Qaynar.info
Şərhlər