“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə iki sədr müavini təyin edilib.
Qaynar.info-nun “Media forum”a istinadən məlumatına görə, qurumda olan 4 müavin postundan birini “Bakı Metropoliteni”nin Hərəkət Xidmətinin rəisi Hidayət Məmmədov, digərini Zaur Babayev tutub.
Zaur Babayev əvvəllər “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində çalışıb.
Hidayət Məmmədov 1992-ci ildən Bakı metrosunda işləyir. Hərəkət Xidmətinin rəisi vəzifəsinə 2002-ci ildə təyin olunub.
Hidayət Məmmədov və Zaur Babayev prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” QSC-nin sədr müavinləri təyin ediliblər.
“Bakı Metropoliteni” QSC bu il fevralın 27-də prezidentin sərəncamı əsasında, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur.
Qaynar.info
Şərhlər