"Sərnişinlərə dönə-dönə müracət edirik ki, metroda, vaqonlarda bir-biri ilə ara məsafə saxlasınlar".
Bunu Qaynarinfo-ya açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov səhər saatlarında metroda müşahidə olunan sıxlıqdan danışarkən deyib.
Bəxtiyar Məmmədov koronavirus pandemiyası ilə bağlı metroda sərnişinlərin sayının azalmasını bildirib:
"Metrodan istifadə edən sərnişinlərin sayında nəzərə çarpacaq dərəcədə azalma müşahidə olunur. Sərnişinlərə müraciət edirəm, metrodan istifadəyə az üstünlük versinlər. Yalnız xüsusi zərurət yarandıqda metroya üz tutsunlar".
Bahar Rüstəmli
Şərhlər