Xəbər lenti

Bakı tıxaclarına zərbə - FOTOLAR
Ekonomiks 11:47 10.04.2014

Bakı tıxaclarına zərbə - FOTOLAR

Yeni tunel qovşağı bu ilin yay aylarında istifadəyə veriləcək

Bakıda yeni tunel qovşağı bu ilin yay aylarında istifadəyə veriləcək.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, Ziya Bünyadov prospektindən Böyük Şor istiqamətində salınan tunel tipli yol ötrücüsündə tikinti işləri yekunlaşmaq üzrədir.

Tunelin uzunluğu 610 metr, eni 26 metrdi. Tunel 6 zolaqdan ibarətdir. 3 zolaq gediş, 3 zolaq isə gəliş üçün nəzərdə tutulub. Yolun ümumi uzunluğu 1100 metrdi.

“Hazırda tunelin qapalı hissəsində tavanın alkopanla örtülməsi və səkilərin salınması işləri gedir. Gələn ay yolun asfalt-beton örtüyü salınacaq. Yolun iyun-iyul aylarında istifadəyə veriləcəyi planlaşdırılır”, - deyə P.Mürsəliyev bildirib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->