Xəbər lenti

Bakıda daha bir ərazidə metro üçün böyük təhlükə var
Ekonomiks 16:15 09.12.2019

Bakıda daha bir ərazidə metro üçün böyük təhlükə var

Bakıda "Həzi Aslanov" stansiyasının əsaslı təmir məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanacağı ilə bağlı iddialar yayılmışdı. "Bakı Metropoliteni" QSC məsələyə aydınlıq gətirərək açıqlayıb ki, "Həzi Aslanov" stansiyasında planlaşdırılan təmir məhz qabaqlayıcı tədbir kimi nəzərdə tutulub.

Hazırda "Həzi Aslanov" stansiyasından əlavə başqa bir ərazi də var ki, orada tədbirlərin görülməsinə ehtiyac var. Söhbət Qara Qarayev prospektindəki metro yolunun keçdiyi ərazidən gedir.

Ekspert Nüsrət İbrahimli BAKU.WS-ə açıqlamasında bildirib ki, əvvəllər həmin ərazidə ağaclıq olsa da, hazırda obyektlər yerləşir:

"Qara Qarayev prospektində Məhəmməd Hadidən yol boyu metro xətti keçir. Vaxtilə oralar hamısı ağaclıq idi. Sonradan onların hamısını təmizlədilər və obyektlər tikdilər. Həmin o metro xəttinin üstündə. Hesab edirəm ki, onlar hamısı təhlükə mənbəyidir.

Ümumiyyətlə bütün metro stansiyaların yerləşdiyi ərazilər və xüsusi təhlükəli zonaların ətrafı invertallaşdırılmalı, dəqiqləşdirilməli və araşdırılmalıdır. Həqiqətən orda təhlükə mənbəyi varsa, onun haqqında tədbir görülməlidir.

"Həzi Aslanov" stansiyasına gəldikdə isə onu deyə bilərəm ki, orada həddindən artıq sıx tikililər var. Mövcud normaları bir neçə dəfə üstələyir. Bu özü də təhlükə mənbəyidir. Yanğın və ya hər hansı forsmajor hadisə baş verdikdə orda insan tələfatı qaçılmazdır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->