Video 21:13 19.03.2023

Bakıda köhnə binalardakı mənzillərə tələbat artıb (VİDEO)

Türkiyədə zəlzələdən sonra Bakıda köhnə binalardakı mənzillərin qiymətində ciddi artım var.

Əmlak Məsələlləri üzrə ekspert Nofəl Quliyev deyib ki, insanlar sovet vaxtı tikilən 5 və 9 mərtəbəli binaların daha dayanıqlı olduğunu ehtimal edərək onlara maraq göstərirlər.

Ekspertin sözlərinə görə, yanvar ayından bu günə qədər qiymət artımı təxminən 30%-ə qədər artıb.

Ekspert bildirib ki, iki otaqlı evlər yanvar ayına qədər müştəriyə 100-110 minə təklif edilirdisə, zəlzələdən sonra 120 min və daha baha satılır. Qiymətə təsir edən baqşa bir amil həmin evlərin bütün kommunal infrasturukturunun və çıxarış sənədinin olmasıdır.

Nofəl Quliyev yaz-yay aylarında evlərin qiymətində artım olacağını istisina etmir.