Xəbər lenti

Bakıda qadın sahibkarı aldadaraq 2 milyon manatını ələ keçirdi
Ölkə 16:22 16.12.2018

Bakıda qadın sahibkarı aldadaraq 2 milyon manatını ələ keçirdi

Bakıda sahibkarın 2 milyon manatını ələ keçirməkdə təqsirləndirilən qadın saxlanılıb.
 
Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, külli miqdarda dələduzluq etməkdə ittiham edilən Gülarə Əliyeva barəsində 10 dekabr 2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Sahibkar Nəcəf Nəsirliyə qarşı dələduzluqda ittiham edilən Gülarə Əliyeva bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Məlumata görə, Gülarə Əliyeva uzun müddət axtarışda olub. O, istintaqdan yayınsa da, sonradan həbs edilib.

Zərərçəkmiş Nəcəf Nəsirlinin vəkili Fərid Həsənov bildirib ki, təqsirləndirilən Gülarə Əliyeva özünü qızıl-zinyət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın aralarında yaranmış etibardan istifadə edərək Nəcəf Nəcəfliyə qarşı dələduzluq edib. Ondan qızıl alveri etmək adı ilə pul alıb. Qadın sahibkarın ona olan inamından sui-istifadə edərək, onun külli miqdarda əmlakını ələ keçirib. 

Məlumata görə, Gülarə Əliyeva Bakıda bir neçə qızıl mağazasının olduğunu deyib. Hətta Nəcəf Nəsirlini inandırmaq üçün ona bir neçə mağaza göstərərək həmin mağazaların sahibi olduğunu deyib. 

Amma Nəcəf Nəsirli aldadıldığını başa düşdükdən sonra məlum olub ki, Gülarə Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb.

Həmçinin həmin mağazalar Gülarə Əliyevaya məxsus deyilmiş. O, iş adamına söyləyib ki, hər kəs onu "Gülü" ləqəbi ilə tanıyır.
 
Amma bu işdə maraqlı bir məqam var ki, Gülarə Əliyevanın iş adamına göstərdiyi mağazaların sahibi həqiqətən də "Gülü" adlı başqa bir qızıl alverçisi olub. Gülarə Əliyevanın bu yalanının üstü də sonradan açılıb.

Bu cinayətdə Gülarə Əliyeva ilə yanaşı, başqa qızıl alverçilərinin də adı keçir. Sahibkarın Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi şikayət ərizəsi ilə araşdırmalar aparılır.

Hazırda Gülarə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->