Xəbər lenti

Bakıda qəribə restoran: kişiləri ora qadınsız buraxmırlar
Ölkə 18:35 08.06.2018

Bakıda qəribə restoran: kişiləri ora qadınsız buraxmırlar

Bakının Xətai rayonunda yerləşən "Haybus” restoranı hər müştərini içəri buraxmır. Məsələn, cibində kifayət qədər pulu olan iki dost  "Haybus” restoranına gedib yeyib-içə bilməz.

Restoranın administratrı Vaqif İbrahimov modern.az saytına açıqlamasında adıçəkilən iaşə obyektinin özəlliklərindən danışıb:

"Ünvanımız Xətai rayonunda  Bazarstore mağazalar şəbəkəsinin yanında yerləşir. Qara şüşəli binanın 23-cü mərtəbəsindəyik. Restoranımızda müştərilərə ancaq Avropa mətbəxi təqdim olunur. Əsas özəlliyimiz restorana  kişilərin qadınsız buraxılmamasıdır. Belə deyək də, ailəvi restoran olaraq insanlara xidmət göstəririk. Həftənin 5 və 6-cı günləri müəyyən qonaqlar dəvət edirik. Həftənin birinci günündən başqa hər gün axşam saat 8-dən 10-na kimi canlı musiqi olur. Restoranımızda maraqlı kabinetlərimiz var. Təhlükəsizlik yüksək səviyyədə təşkil olunub”. 

Qiymətlərə gəlincə, Vaqif İbrahimov onların heç də yüksək olmadığını deyib: 

"Restoranımızda müştərilərə təklif olunan qiymətlər normaldır. Müştərilərə təqdim olunan məhsullar tam ekoloji təmizdir. Məhsulları əsasən xaricdən sifariş edirik. Yerli məhsullara çox üstünlük verilmir. Hər halda Avropa mətbəxi bizim üçün maraqlıdır. Həmçinin, müştərilərə müxtəlif növ içkilər təqdim olunur”.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->