Xəbər lenti

Bakıda su tramvayı açılır - İLK DƏFƏ
Ekonomiks 10:59 16.10.2014

Bakıda su tramvayı açılır - İLK DƏFƏ

Ekoloji və akustik çirklənməni aradan qaldırmaq üçün yeni nəqliyyat növlərindən istifadə olunacaq. Gələcəkdə Bakının küçələrində günəş batareyası ilə işləyən nəqliyyat vasitələrini də görəcəyik.

Bunu Bakı Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev ANS PRESS-ə bildirib.

O, qeyd edib ki, elektrik nəqliyyatının populyar növü və şəhərin bir atributu kimi tramvaylardan yenidən istifadə olunması da gözlənilir. Sərnişinlər gələcəkdə su tramvaylarından, su taksilərindən, batareya ilə çalışan motosikletlərdən istifadə edəcək.

“Nə qədər tramvay tipli nəqliyyat vasitələri çoxalsa , qəzalarda həlak olan insanların sayı da azalar.Bununla yanaşı tramvaylar müasir standartlara cavab verəcəyi üçün insanların rahatlığına da xidmət edəcək. Elektrik nəqliyyatı həm də nizam- intizamı formalaşdıracaq”, deyə o bildirib.

Həmçinin Qaradağ rayonu ərazisində tikilən "Xəzər adaları" və Pirallahı rayonu adalarına gediş- gəliş üçün elektrik nəqliyyatının olması zəruridir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->