Moskva səmasına iki sərnişin təyyarəsi toqquşmadan son anda xilas ola biliblər.
Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "REN TV” məlumat yayıb. İnsindentin noyabrın 15-i gecə saatlarında baş verdiyi qeyd edilir.
Bildirilir ki, Moskvanın "Domodedova” aerportundan Penzaya yola düşən layner az qala havada Bakıdan "Vnukova” hava limanına uçan təyyarə ilə toqquşacaqdı. Belə ki, təyyarələr bir-birilərinə ən yaxın məsafədən uçublar.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.
Şərhlər