XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakının bu iki ərazisi işıqsız qalacaq
Ölkə05:46 22.07.2019

Bakının bu iki ərazisi işıqsız qalacaq

Bu gün Pirşağı qəsəbəsi və Ləhic bağları ərazisində işıq olmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə açıqlamanı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev verib.
Bildirilib ki, bu gün saat 10:00-dan 14:30-a qədər Pirşağı qəsəbəsi və Ləhic bağları ərazisində elektrik enerjinin verilişində fasilə yaranacaq.
T.Mustafayevin sözlərinə görə, fasilə həmin ərazilərdə elektrik xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.