Ötən gün paytaxtın Yasamal rayonu ərazisində Zivər bəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalan parklanma yeri narkomanların məskəninə çevrilməsini əks etdirən görüntüləri yayımlamışdıq.
BAKU.TV-nin hadisə yerindən hazırladığı reportajda həmin ərazidə həm narkotik vasitələrdən istifadə edənlərin toplaşdığı, həm də narkotik vasitələrin alış-verişinin baş tutduğu deyilirdi.
Qaynarinfo-nun hazırda hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hazırda ərazidə təmizlik işləri aparılır. Hadisə yerində polis əməkdaşları və rəsmi qurumların işçiləri fəaliyyət göstərir.
Aydın
Şərhlər