Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci ilin avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan QSC "BankStandard” KB, "Texnikabank” ASC, "Bank of Azerbaijan” ASC, "Zaminbank” ASC, "Dəmirbank” ASC, "Qafqaz İnkişaf Bankı” ASC, "Kredobank” ASC, "Royalbank” ASC, "AtraBank” ASC, "Dekabank” ASC balansındakı daşınar və daşınmaz əmlakı satılıb.
Bu barədə Fonddan Qaynarinfo-ya verilən məlumatda bildirilib.
Qeyd edilib ki, sadalanan ləğv prosesində olan banklara məxsus 9 lot üzrə daşınmaz əmlak və 51 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkasator maşınları, mebel, kompyuter və elektrik avadanlıqları satılıb.
Ləğv prosesində olan QSC "BankStandard” KB-nin balansında olan 3 ədəd daşınmaz əmlak və 13 lot üzrə daşınar əmlak, ləğv prosesində olan "Texnikabank” ASC-nin balansındakı 3 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan "Dəmirbank” ASC-nin balasında olan 1 ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 8 lot üzrə daşınar əmlak, ləğv prosesində olan "Kredobank” ASC-nin balansındakı 1 ədəd daşınmaz əmlak və 1 lot üzrə daşınar əmlak satılıb.
Bundan başqa, ləğv prosesində olan "Atrabank” ASC-nin balansındakı daşınar əmlak 3 lot, ləğv prosesində olan "Dekabank” ASC-nin balansındakı daşınar əmlak 1 lot, "Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak 1 lot, "Royalbank” ASC-nin balansındakı daşınar əmlak 1 lot və "Zaminbank” ASC-nin balansındakı daşınar əmlak 1 lot üzrə satılıb.
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.
Şərhlər