Xəbər lenti

Ekonomiks 19:37 17.10.2025

"Bank of Baku"dakı hesabından oğurluq oldu, bank məsuliyyətdən qaçmaq istədi

"Bank of Baku”da hesab açaraq pul yatıran müştəri problemlə üzləşib.

Teleqraf xəbər verir ki, müştərinin xəbəri olmadan onun hesabından 4120 avro pul silinib.

Müştəri dərhal banka müraciət etsə də, "Bank of Baku” məsuliyyət daşımadığını bildirib.

Tərəflərin mübahisəsinə Nərimanov Rayon Məhkəməsində aydınlıq gətirilib.

Məhkəmədə zərərçəkmiş şəxs ifadəsində bildirib ki, ötən il bankda hesab açıb və əməliyyatların aparılması üçün ona 520987******5012 nömrəli debet kartı təqdim edilib. Müştəri hesabına əvvəlcə apreldə 2127.99, bir ay sonra isə 2000 avro pul mədaxil edib.

Lakin çox keçmədən müştərinin xəbəri olmadan ona məxsus bank hesabından 4120 avro naməlum şəxsin hesabına köçürülərək silinib.

Şikayətçi bildirib ki, 4120 avro məbləğin köçürülməsi barədə banka sərəncam verməyib və bank hesabına bağlı olan debet kartı ilə heç bir əməliyyat aparmayıb. Zərərçəkmiş banka müraciət etsə də, "Bank of Baku” müştəriyə məktubla cavab göndərərək, məsuliyyət daşımadığını bildirib.

Bank müştəriyə göndərdiyi məktubda onun dələduzluq qurbanı olduğunu, kartın təhlükəsizliyi ilə bağlı tədbirlərə əməl etmədiyini bildirib. Müştəri isə kartından pulun oğurlanma anında banka dərhal müraciət etdiyini, bank işçisi tərəfindən narahatlığa əsas olmadığı, kartın bloklandığı, hesabın artıq güvəndə olduğu bildirilib. Bankın ofisindən evə arxayın yola salınan müştəri ünvanına çatanda 4120 avronun hesabından silindiyini görüb.

Nərimanov Rayon Məhkəməsində müştərinin iddiası hərtərəfli araşdırılıb, onun iddia tələbi qismən təmin edilib. Nəticədə məhkəmə 4120 avro məbləğində pulun Mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qərar çıxarıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->