Xəbər lenti

İdman 19:01 22.11.2018

"Barselona" Neymarın qarşısına şərt qoydu

PSJ-də özünü xoşbəxt hiss etməyən Neymar sabiq klubu "Barselona"ya qayıtmaq istəyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə goal.com məlumat yayıb. Bildirilir ki, braziliyalı futbolçu Kataloniya klubuna qayıtmağın karyerası üçün daha yaxşı olacağını düşünür. 

Ancaq "Barselona"nın futbolçudan bəzi istəkləri olduğu qeyd olunur. İlk olaraq Neymar klubdan heç də yaxşı şəkildə ayrılmadığını ictimaiyyətə bəyan etməlidi. İkinci şərt isə daha aşağı məbləğdə maaşa razı olması ilə bağlıdı. Belə ki, "Barselona" Neymara PSJ-nin verdiyi məbləği ödəmək niyyətində deyil. 

Qeyd edək ki, 2013-2017-ci illərdə "Barselona"da oynayarn Neymar PSJ-yə 222 milyon avro qarşılığında keçib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->