"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunacaq.
Qaynarinfo-nun məlumatına görə, klubun açıqlamasında belindəki zədə səbəbindən noyabrın ortalarından bəri meydana çıxa bilməyən 31 yaşlı qolkiperin əməliyyat olunmasına qərar verildiyi bildirilib. Ter Stegenin meydandan uzaq qalacağı müddət əməliyyatdan sonra bəlli olacaq. Alman qolkiperin iki-üç ay meydanlardan uzaq qalacağı gözlənilir.
Sosial media hesabında səhhəti ilə bağlı məlumat verən alman qolkiper, klubun həkim heyəti ilə ardıcıl görüşlər keçirdikdən və bir çox mütəxəssisin rəyini aldıqdan sonra əməliyyat etdirmək qərarına gəldiyini bildirib.
Ter Ştegen bu mövsüm meydana çıxdığı 17 matçda 15 qol buraxıb.
Səbuhi Həsənov
Şərhlər