Baş konsulumuz Əkrəm İmamoğluna hədiyyə verdi (FOTO)

Baş konsulumuz Əkrəm İmamoğluna hədiyyə verdi (FOTO)

Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşüb.

Baş Konsulluqdan "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında gündən-günə daha da möhkəmlənən qardaşlıq əlaqələrindən söhbət açılıb.

Hər iki ölkə arasında tarixi keçmişə dayanan qardaşlıq, dostluq bağlarının daha da möhkəmlənməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və İstanbul Böyükşəhər Bələdiyyəsinin birlikdə uğurlu layihələrə imza atmasının vacibliyinə diqqət çəkilib.

E.İmamoğlu qardaş Azərbaycanın onun qəlbində xüsusi yerə sahib olduğunu deyərək ziyarətinə görə M.Hacıyevə təşəkkürünü bildirib.

Sonda baş konsul Bakıdakı Türk Şəhidliyinin yağlı boya ilə çəkilmiş rəsmini Əkrəm İmamoğluna hədiyyə edib.
 

XƏBƏRLƏR
BLOGLAR