Xəbər lenti

Lavrovun müavini Ermənistan səfiri ilə görüşdü
Siyasət 20:30 07.07.2025

Lavrovun müavini Ermənistan səfiri ilə görüşdü

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan ilə görüşüb.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli və regional gündəliyə dair bir sıra məsələlər, o cümlədən qarşıdan gələn Rusiya-Ermənistan təmaslarının qrafiki müzakirə edilib.

Söhbət zamanı səfirə Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun saxlanmasının zəruriliyi ilə bağlı mövqe bildirilib. Bu kontekstdə Rusiya və Ermənistanın müvafiq qurumları arasında məsləhətləşmələrin növbəti raundunun keçirilməsi ilə bağlı Rusiyanın təklifi təsdiqlənib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->