Ekonomiks 16:30 25.05.2019

Baş Nazir Bayılla bağlı sərəncam imzaladı: sakinlər köçürüləcək

Bakının Səbail rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlər köçürüləcək.

Qaynarinfo xəbər verir ki, Baş Nazir Novruz Məmmədov sakinlərin köçürülməsinin təmin olunması məqsədilə sərəncam imzalayıb.

Sənədlə Bayıl sürüşmə zonasında yaşayan 92 ailə köçürüləcək. Sərəncama əsasən, həmin ailələrin hər biri müvafiq qaydada kompensasiya ilə təmin olunacaq.