Xəbər lenti

Baş nazir icra başçılarına çağırış etdi
Sağlamlıq 23:50 26.03.2020

Baş nazir icra başçılarına çağırış etdi

Azərbaycanın Baş naziri Əli Əsədov rayon və şəhər icra hakimiyyətlərinin rəhbərlərinə müraciət edib.

Qqaynarinfo xəbər verir ki, Baş nazir bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın onun sədrliyi ilə keçirilən bugünkü iclasında bildirib.

"Buradan müraciət edərək qərargahın üzvlərindən kənarda olan bütün rayon, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli tapşırıq kimi, cənab Prezidentin tapşırığını çatdırmaq istəyirəm. Bir nömrəli və ən vacib tapşırıq bu gün ondan ibarətdir ki, karantinin şərtləri sözsüz-şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən, heç bir imtiyaza baxmayaraq bunun tələbləri vaxtında və tam şəkildə icra olunmalıdır", - deyə Baş Nazir Əli Əsədov qeyd edib.

Ə.Əsədov vurğulayıb ki, bununla əlaqədar qanunvericiliyin şərtlərinə uyğun olaraq dövlət tərəfindən bütün lazım olan tədbirlər görüləcək və qarşıya qoyulan tapşırıqlar 100 faiz icra olunacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->