Özbəkistan Baş nazirinin müavini, hökumətdə kənd təsərrüfatı və ərzaq sahəsinə cavabdehlik daşıyan Uktam Barnoyev koronavirusdan vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Özbəkistan Nazirlər Kabinetinin Operativ Qərargahı məlumat yayıb.
Özbəkistan Səhiyyə Nazirliyi iyulun sonlarında COVİD-19-a yoluxduğu aşkarlanan 56 yaşlı U. Barnoyevin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yaymışdı. Sonradan Baş nazirin müavininin Daşkənddə, daha sonra isə Almaniyada klinikalardan birində müalicə aldığı məlum olmuşdu.
Şərhlər