Xəbər lenti

Baş nazirin oğlu girov götürüldü
Dünya 01:27 10.05.2013

Baş nazirin oğlu girov götürüldü

Pakistanın Pencab əyalətində bir qrup silahlı mayın 9-da ölkənin keçmiş baş naziri Yusuf Reza Gilaninin oğlunu girov götürüb.  

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, hücum Multan şəhərində mayın 11-də baş tutacaq parlament seçkiləri ilə bağlı Gilaninin mənsub olduğu tayfanın təşkil etdiyi Pakistan Xalq Partiyası tərəfdarlarının seçkiqabağı mitinqi  zamanı baş verib.  

Tədbir zamanı naməlum şəxslər mitinq iştirakçılarına atəş açaraq, Əli Heydər Gilanini tutaraq, onu zorla avtomobilə mindirib naməlum istiqamətə aparıblar.

İnsident zamanı siyasətçinin bir cangüdəni öldürülüb, 5 nəfər yaralanıb.

Cinayətkarlar hələlik heç bir tələb irəli sürməyib.

Bu arada ölkənin keçmiş baş naziri Yusuf Reza Gilani bəyan edib ki, girov götürülmüş oğlunun yaxın zamanda tapılmayacağı halda Multanda seçkilər baş tutmayacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->