Bayden Cənubi Qafqazda möhkəmlənmək üçün bu addımları atacaq (ŞƏRH)

Bayden Cənubi Qafqazda möhkəmlənmək üçün bu addımları atacaq (ŞƏRH)

5 gündən sonra ABŞ-ın yeni Prezidenti Co Bayden özünün administrasiyası ilə fəaliyyətə başlayacaq. Baydenin sələflərindən fərqli olaraq daha aktiv xarici siyasət yürüdəcəyi gözlənilir. Xüsusilə Rusiya ilə münasibətlərdə Baydenin sərt davranacağı proqnozlaşdırılır. Baydenin Cənubi Qafqaz regionu ilə bağlı hansı siyasət həyata keçirəcəyi də bu baxımdan maraq doğurur.

Çünki Barak Obama və Donald Trampın dövründə Cənubi Qafqaz regionuna ciddi əhəmiyyət verilməyib. Bu isə regionda Rusiyanın geopolitik nufuz dairəsinin genişlənməsi ilə nəticələnib. İndi Co Bayden administrasiyasının qarşısında həlli vacib olan məsələlər dayanır.

Qaynarinfo xəbər verir ki, politoloq Surxan Lətifov hesab edir ki, Bayden administrasiyası ilk növbədə region ölkələrinin siyasi və iqtisadi islahatlarına təkan verməli və hakimiyyətləri buna məcbur etməyə çalışmalıdır. 

İkincisi, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli prosesini Rusiyanın inhisarından çıxardaraq Minsk qrupu formatını qaytarmalıdır və Kremlin regionda birtərəfli "sülhyaratma” qüvvlərinin statusunu BMT səviyyəsində müzakirəyə çıxarmalıdır. 

ABŞ Rusiyanın postsovet məkanında təsirini azaltmaq üçün çoxdan unudulmuş GUAM təşkilatının yenidən aktivləşdirilməsinə nail olmalı və regionda Türkiyə ilə əməkdaşlığın mümkün perspektivlərini müəyyənləşdirməlidir. 

Politoloq hesab edir ki, Cənubi Qafqaz ABŞ üçün çox əhəmiyyətli olduğu üçün yeni administrasiyanın regionda təsir imkanlarını artırmaq ehtiyacı yaranacaq… 

Orxan Əhmədli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR