ABŞ prezidenti Co Baydenin Konqresdə F-16-nın Türkiyəyə satışı və modernləşdirilməsini təsdiqləməsi üçün yollar axtardığı iddia edilib.
Qaynarinfo xəbər verir ki, bu kontekstdə Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın son günlərdə ABŞ Konqresində silah satışı ilə bağlı "əsas fiqurlara” zəng edərək, 11-12 iyulda keçiriləcək NATO sammitindən əvvəl Ankaranın təsdiqi ilə İsveçin Alyansa üzvlüyü təsdiqlənəcəyi halda Türkiyəyə F-16 qırıcılarının satılması ilə bağlı münasibətin necə olacağını müəyyənləşdirməyə çalışıb.
Yunanıstanın "Kathimerini" qəzetinin dünənki manşet xəbərində ABŞ-da Türkiyəyə F-16 satışı ilə bağlı təmasları bu günə qədər Xarici İşlər Nazirliyinin həyata keçirdiyi, lakin son günlərdə vəziyyətin dəyişdiyi və Ağ Evin işə qarışdığı bildirilib.
Qəzet bu vəziyyəti Baydenin Türkiyəyə F-16-ların satışına marağının artmasına işarə kimi göstərərək, "Sullivan silah satışında əsas rol oynayan Konqres üzvlərinə zəng edir, onların niyyətlərini və ya etirazlarını necə geri çəkə biləcəklərini araşdırır", yazır.
Sullivanın zəng etdiyini Konqres üzvlərindən adətən "Türkiyənin yeganə problemi İsveçin NATO-ya üzvlüyü deyil, Ankara ümumiyyətlə siyasətini dəyişməlidir” cavabını aldığını iddia edən "Kathimerini" "Ağ Evin işi çətindir" yazıb. Digər tərəfdən, ABŞ-da F-16-ların satışının qarşısını almaq üçün "Yunan lobbisinin” də hərəkətə keçdiyi bildirilir.
Aydın
Şərhlər