Xəbər lenti

Bankomatdan pul oğurladı - qonşulara xərclədi
Ölkə 20:15 27.12.2025

Bankomatdan pul oğurladı - qonşulara xərclədi

Abşeronda kişi bankomatdan götürdüyü başqasına məxsus pulu kasıb qonşularına xərcləyib.

Qaynarinfo Lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş verib.

İttiham aktına əsasən, 47 yaşlı Nəcəf Mədətov (ad və soyad şərtidir) bankomat aparatının ekranında 1 300 manat məbləğin əks olunduğunu görüb və "təsdiq" düyməsini basaraq pulu götürüb. Onun sözlərinə görə, həmin vəsaitlə həm öz ailəsi üçün ərzaq alıb, həm də aztəminatlı qonşularına maddi yardım göstərib.

Bu əmələ görə Nəcəf Mədətov saxlanılıb və barəsində cinayət işi açılıb.

Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, bank kartını bankomata daxil edib PIN-kodu yığsa da, aparatın pul vermədiyini görərək kartını çıxarıb və ərazini tərk edib. Lakin əməliyyatı sonlandırmadığı üçün məlumatlar bankomatın ekranında qalıb. Zərərçəkən şəxs ona dəyən maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını qeyd edib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Nəcəf Mədətov barəsində 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
--> -->