Xəbər lenti

Xankəndi teatrı bərpa edilir - 8 milyon sərf olunacaq
Ölkə 20:59 27.12.2025

Xankəndi teatrı bərpa edilir - 8 milyon sərf olunacaq

Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidən qurma işləri aparılacaq. 

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi bununla bağlı hazırlıqları yekunlaşdırıb, sözügedən işlərin icrasını "Crystal İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Xankəndi Dövlət Dram Teatrının inzibati binasında təmir-bərpa və yenidən qurma işlərinin icrasına 7,9 milyon manat vəsait sərf olunacaq. 
--> -->