Xəbər lenti

Sabah dağlıq ərazilərə qar yağacaq
Ölkə12:52 28.12.2025

Sabah dağlıq ərazilərə qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata əsasən mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 1-6° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.