Baydenin inauqurasiyası ilə bağlı nəsə demək tezdir... - Politoloq

Baydenin inauqurasiyası ilə bağlı nəsə demək tezdir... - Politoloq

"İnanmıram ki, andiçmə mərasimində nəsə bir qarşıqlıq olsun”.

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ABŞ-da yeni seçilən Prezident Cozef Baydenin andiçmə mərasimindən danışarkən deyib. Onun sözlərinə görə, ABŞ-kı gərginlik qalmaqdadır:
 
 

"Andiçmə mərasimi ilə bağlı nəsə demək tezdir. Hər halda çıxışlar olacaq, hansısa fikirlər səsləndiriləcək. Yalnız bundan sonra nəsə demək olar. Müxtəlif mövqelərdə olan insanlar yarıbayarı bölünüb. Siyasi proseslər davam edəcək. Görək bəyanatlar hansı şəkildə veriləcək. Siyasi gərkinlik aradan götürüləcək, yoxsa davam edəcək? Qalib tərəf də fikirləşməlidir ki, qalan 50 % hansı mövqedədir? Təxminən bölüşmə 50-50-dir. Bu da çox ciddi problemdir”.

 Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR