Xəbər lenti

Bayıldakı beşmərtəbələr söküləcək: danışıqlar aparılır (AÇIQLAMA)
Ölkə 19:03 16.04.2018

Bayıldakı beşmərtəbələr söküləcək: danışıqlar aparılır (AÇIQLAMA)

"Xanlar küçəsi demək olar ki, tamamilə pilot layihəyə düşüb".
 
Bu sözləri Qaynarinfo-ya açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.
 
O, hələlik beşmərtəbəli binaların sökülüb-sökülməyəcəyi ilə bağlı dəqiq məlumatının olmadığını, lakin həmin ərazidən yerli şirkətlərin sakinlərlə danışıqlar apardığını bildirib:

"Məktəb, bağça, oradan aşağıda keçmiş Psixiatriya Xəstəxanasının yeri plandadır. Hələlik beşmərtəbəli binalarla bağlı dəqiq bir söz deyə bilmərəm. Çünki məlumatım yoxdur. Onlarla əlaqədar yerli şirkətlər sakinlərlə danışıqlar aparır. Sakinlərin razılığı əldə olunsa, ola bilsin ki, həmin binalar da söküldü. Çünki Xanlar küçəsinin lap əvvəlində yerləşən üçmərtəbə və dördmərtəbə binaların hamısı tam şəkildə pilot layihəyə düşüblər və hər iki tərəfin razılığı əsasında məsələ həll olunub. Kimi kirayəyə köçüb, kimi də pulunu alıb çıxıb. Orada hazırda iş gedir. Üzü bu tərəfə isə dediyim kimi, danışıqlar gedir və danışıqların nəticəsindən sonra həmin binaların sökülüb-sökülməyəcəyi məlum olacaq. İşlər qaydasında getsə, oralar da söküləcək. Çünki Xanlar küçəsinin aşağısı, həmçinin Qurban Abbasov küçəsindəki tikililərdə iş gedir. Xanlar küçəsindən yuxarıda Əlibəyov küçəsində də sakinlərlə danışıqlar aparılır".
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->