Foto 12:30 29.10.2020

“BBC” Bərdəyə hücumu bu fotolarla xəbər verdi

Dünyaca məşhur BBC telekanalı Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumundan yazıb.

Telekanalın xəbərində hücum nəticəsində 21 mülki şəxs həlak olduğu, onlarla mülki şəxsin yaralandığı qeyd olunub.

Kanal Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən sitat gətirib: "Ermənistan silahlı qüvvələri Azərbaycanın mərkəzi bölgəsi Bərdədə mülki şəxslər arasında daha çox itkiyə səbəb olmaq üçün kaset bombalarından istifadə edirlər”.

Həmçinin sosial mediada yayılan görüntülərdə küçələrə dəymiş ziyan və nəqliyyat vasitələrinin yanında cəsəd torbalarında yola qoyulan bir neçə cəsəd olduğu bildirilib.

Yerli sakin Ülviyyə Babayeva bildirib ki, partlayışlar baş verən zaman yaxınlıqda olub və partlayışı eşidən kimi hadisə yerinə gəlib.

"Biz yanğın görürdük, bombalar atılırdı. İnsanlardan biri bank binasının qarşısında avtomobilin üzərinə yıxıldı, hər yerdə qəlpələr var idi”,- deyə o qeyd edib.(qafqazinfo.az)