Xəbər lenti

Ölkə 18:15 04.07.2025

"Range Rover"i içkili idarə etdi, məhkəməyə gəlmədi - Cəza verildi

Bakıda "Range Rover Sport" markalı avtomobili içkili halda idarə edən sürücüyə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1980-cı ildə Ağsu rayonunda anadan olmuş Rəşad Həmidov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, sürücü Nərimanov rayonu ərazisində "Range Rover Sport" avtomobilini içkili halda idarə edib və Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

O, dərhal sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilərək yoxlanılıb və 0,593 promilli spritli içki içdiyi müəyyən edilib. Şəxs özü də içkili olduğunu etiraf edib. 

Məhkəmədə çağırılmasına baxmayaraq, Rəşad Həmidov iclasda iştirak etməyib. Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Rəşad Həmidov İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 6  ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq olunub. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->