İnsan bədəni çox sayda elementdən ibarətdir. Bunlar əsasən hansılardır? Hüceyrələrimizin ömrü nə qədərdir? Ölən hüceyrələr necə olur? Hüceyrələrimiz yenilənirsə bəs biz niyə qocalırıq?
Bədənimiz ən azı 25 elementdən ibarətdir. Lakin bədən kütləmizin 99 faizini 6 element təşkil edir. Bunlar aşağıdakılardır:
Oksigen %65
Karbon %18
Hidrogen %10
Azot %3
Kalsium %1,4
Fosfor %1,1
Qalan 1,5 faiz isə Kalium, Kükürd, Natrium, Xlor, Maqnezium və az miqdarda Bor, Xrom, Kobalt, Mis, Ftor, Yod, Dəmir, Manqan, Molibden, Selen, Silisium, Qalay, Vanadium və Sinkdən ibarətdir. Bu elementlər bədənimizi təşkil edən 37 trilyona qədər hüceyrə ilə yanaşı, hüceyrə pərdəsinin xaricində qalan hüceyrədən kənar quruluşlarda da var. Orta hesabla bir kişi bədəninin 60 faizi sudur. Bu, 42 litrə bərabərdir. Bunun 23 litri hüceyrələrin içində, 19 litri isə hüceyrə xaricində yer alır. Hüceyrə xaricindəki suyun 8,45 litrini toxumalararası maye, 3,2 litrini isə qan plazması mayesi təşkil edir.
Hüceyrələrin ömrü nə qədərdir?
Bədənimizdəki hüceyrələr orta hesabla 7-10 ildən bir yenilənir. Hər hüceyrənin ömrü eyni uzunluqda deyil.
Neytrofil hüceyrələrinin ömrü (qandakı bir növ ağ qan hüceyrəsi) sadəcə iki gündür. Göz linzalarının ortasında yer alan hüceyrələr ömür boyu bizimlədir. Hətta beyin hüceyrələrinin ömrü bizimkindən daha uzundur.
2013-cü ildə tədqiqatçılar yaşlı siçanlardan götürdükləri neyron sinir hüceyrəsini daha uzunömürlü siçovullara nəql ediblər və onların iki siçan ömründən daha çox yaşadığını görüblər.
Beləliklə bəzi hüceyrələrin ömrü:
Beyin hüceyrəsi: 200 + il
Göz linzası hüceyrəsi: Ömür boyu
Yumurta hüceyrəsi: 50 il
Ürək əzələsi hüceyrəsi: 40 il
Bağırsaq hüceyrəsi: 16 il
Əzələ hüceyrəsi: 15 il
Yağ hüceyrəsi: 8 il
Hematopoetik (qan yeniliyəci) kök hüceyrə: 5 il
Qaraciyər hüceyrəsi: 10-16 ay
Mədəaltı vəz hüceyrəsi: 1 il
Xəstəlik daşıyıcısı olan mikrobları yeyərək bədənimizi qoruyan ağ qan hüceyrələri öz ölü hüceyrlərimizi də yeyərək təmizləyir
Ölən hüceyrələr necə olur?
Bədənimizin xaricində və ya həzm sistemimizdə yer alan hüceyrələr ölən zaman bədəndən atılır. İçəridəki ölü hüceyrələr isə bədənimizi xəstəliklərdən qoruyan ağ qan hüceyrələri tərəfindən istehlak edilir. Ölü hüceyrələrdən gələn enerjinin bir hissəsi yeni ağ qan hüceyrələrinin istehsalında istifadə edilir.
Hüceyrələrimiz yenilənirsə niyə yaşlanırıq?
Bədənimizdə ağ qan hüceyrələri kimi hüceyrələr sadəcə bir neçə saat, dəri hüceyrələri bir neçə həftə, beyin hüceyrələrinin çoxu isə on illərlə yaşayır. Ancaq bir çox hüceyrə yenilənsə də, bu prosseslərdə pozuntular baş verir. Hüceyrə istehsalı üçün təlimatları daşıyan DNT-lər zamanla zədələnir və hüceyrə bölünməsinə maneçilik yaradır. Bu vəziyyətə biz, qocalmaq deyirik.
Mənbə: BBC
Şərhlər