Xəbər lenti

Bərdəli biznesmen həbs olundu
Ekonomiks 22:42 31.10.2014

Bərdəli biznesmen həbs olundu

Bərdə rayonunun Zümürxaç kənd sakini Fərrux Bayramov külli miqdarda gəlir vergisini dövlət büdcəsinə ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunub.



“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Vergilər Nazirliyi məlumat yayıb.

Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında müəyyən olunub ki, 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olan F.Bayramov müxtəlif rayonlarından 1,6 milyon manat məbləğində kənd təsərrüfatı məhsullarını alaraq Rusiya Federasiyasına ixrac edib və 185 min 901 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bundan başqa, F.Bayramov fərdi sahibkarlar Asif Xəlilovun, Arzu Nuriyevin, Cəmaləddin Orucovun və Orxan Orucovun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə onların adından kənd təsərrüfatı məhsulları alıb və həmin məhsulların Rusiya Federasiyasına ixracını təşkil edib. Bu halda isə onun ümumilikdə fiziki şəxslərin 733 min 769 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayındığı aşkarlanıb.

F.Bayramov törətdiyi cinayət əməlinə görə şübhəli şəxs qismində saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil verilib. Təqsirləndirilən şəxsin cinayətinin xarakteri nəzərə alınaraq, barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaqın yekunlaşdırılıb işin məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür.




Qaynar.info


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->