Maqazin 00:45 01.12.2019

Beren Saat yenə imtina etdi (VİDEO)

Türkiyənin dünyaca məşhur aktrisası Beren Saat yeni serialı "Atiye”nin treylerində təbii görüntüsü ilə diqqət çəkib.

Qaynarinfo axşam.az-a istinadla xəbər verir ki, 35 yaşlı sənətçinin çəkiliş zamanı özəl işıq, üzdəki gözaltı kölgələri və qırışları yox edən effektlərdən istifadə edilməsini istəməyib. B. Saat bir çox səhnədə makiyaj olunmaqdan da imtina edib.

Qeyd edək ki, gündəlik həyat tərzində də makiyaj etməyən aktrisa təbiiliyi ilə seçir. Onun üzündə heç bir estetik müdaxilə yoxdur.
Onu da bildirək ki, serialın ilk səkkiz seriyası 27 dekabrda yayımlanacaq.