Xəbər lenti

BƏSİC: “Son etirazlar İrana qarşı dünya müharibəsi idi” - Müharibə bitdi? (VİDEO)
Video 16:54 22.11.2019

BƏSİC: “Son etirazlar İrana qarşı dünya müharibəsi idi” - Müharibə bitdi? (VİDEO)

İranlı rəsmilərin son etirazlarla bağlı gülünc bəyanatlarının davamında bu dəfə Bəsic komandanının əməliyyat işləri üzrə müavini Salar Abnuş oxşar bəyanatla çıxış edib.

Qaynarinfo GünAz TV-yə istinadla xəbər verir ki, Həmədanda çıxış edən Abnuş etirazların yatırılmasını "möcüzə" adlandırıb.

"Son etirazlar İran İslam Respublikasına qarşı bir anlıq bütün ölkəni bürüyən genişmiqyaslı dünya müharibəsi idi. Bizi bu müharibədən yalnız Allah qorudu”, - deyə Bəsic komandanının müavini əlavə edib.

O da etirazları "xarici qüvvələr”lə bağlayıb və bildirib ki, bu istiqamətdə həmin qüvvələrlə "koordinasiya üzrə hərəkət edənlərin etirafları” alındıqdan sonra cəmiyyətə əlavə məlumatlar veriləcək.

Salar Abnuş etirazçıların Amerika, İsrail və Səudiyyə Ərəbistanı kimi "şeytanlar ittifaqı” ilə əlaqələrinin olduğunu deyib. O, sözügedən "ittifaq”la və onların İranın daxilinə bu qədər geniş formada sızmaları ilə bağlı sübut və ya açıqlama təqdim etməyib, amma "koordinasiya və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ətraflı informasiyalar topladıqlarını” iddia edib.

Salar Abnuşun xalq etirazlarının böyük olduğunu etiraf etməsinə baxmayaraq, bir neçə gün öncə prezident Həsən Ruhani etirazçıların sayının çox az olduğunu iddia etmişdi.

Bəsic rəsmisi həmçinin etirazlar zamanı ölkə ərazisində internetin kəsilməsinin "fitnəkarların təşkilatlanmasına böyük zərbə vurduğunu” deyib.

O, sonda "dini lider” Əli Xameneyinin "fitnəkarların planlarını məhv etmək üçün” benzinin qiymətinin qaldırılmasına dəstək nümayiş etdirdiyini bildirib.

Bu arada İran prezidenti Ruhani küçələrdə heç kimin olmadığını, bir neçə təxribatçı olduğunu desə də, 5 gün sonra İnternetin bəzi şəhərlərdə İnternetə girməyə icazə verdiklərini söyləyib.

Qaynarinfo xəbər verir ki, GAMOH Mediya-nın "Yutub”dan yaydığı görüntülərdə etirazçıların küçələrdə olduğu, şüarlar səsləndirdiyi görünür.

Deyəsən, Bəsic rəsmisinin dediyi "dünya müharibəsi” hələ tam bitməyib: 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->