İdman 09:01 15.09.2021

"Beşiktaş" almanlara, Mahir Emreli ruslara qarşı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində l turun digər oyunları keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma gerçəkləşəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Almaniyanın "Borussiya" (Dortmund) komandasını qəbul edəcək. Qrupun digər görüşündə Niderland "Ayaks"ı Portuqaliyada "Sportinq"in qonağı olacaq.

A qrupunda yer alan turnirin son finalçısı "Mançester Siti" İngiltərədə Almaniya "Leyptsiq"ini sınağa çəkəcək. Heyətini Serxio Ramos, Lionel Messi kimi futbolçularla gücləndirən Fransa PSJ-si isə Belçikada "Brügge" ilə üz-üzə gələcək.

B qrupunda İspaniyanın "Atletiko" (Madrid) klubu Portuqaliya "Portu"su, İngiltərə "Liverpul"u isə İtaliya "Milan"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.

Gecənin maraqlı oyunlarından biri D qrupunda olacaq. İspaniya "Real Madrid"i İtaliyada "İnter"lə qarşılaşacaq.

Çempionlar Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr

A qrupu
23:00. "Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
23:00. "Brügge" (Belçika) - PSJ (Fransa)

B qrupu
23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya)
23:00. "Liverpul" (İngiltərə) - "Milan" (İtaliya)

C qrupu
20:45. "Beşiktaş" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya)
23:00. "Sportinq" (Portuqaliya) - "Ayaks" (Niderland)

D qrupu
20:45. "Şerif" (Moldova) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "İnter" (İtaliya) - "Real Madrid" (İspaniya)

Bu gün Avropa Liqasında da qrup mərhələsinə start veriləcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya"sı Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gələcək. "Spartak" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Avropa Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr

C qrupu
18:30. "Spartak" (Moskva, Rusiya) - "Legiya" (Polşa)
Moskva, "Spartak" stadionu.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin digər matçları sentyabrın 16-da baş tutacaq.