Xəbər lenti

Beyin travması nəticəsində dahi olan insanlar
Dünya 10:05 21.01.2018

Beyin travması nəticəsində dahi olan insanlar

Beynin zədə alması keçmişdə mövcud olmayan qabiliyyətlərin yaranmasına səbəb ola bilər.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, beynin ciddi zədə olması çox zaman insanda qüsurlar yaratsa da, bunun əksi də baş verə bilər. Bu günə qədər bu hal 25 nəfərdə müşahidə edilib.

1994-cü ildə Nyu Yorkda yaşayan ortoped həkim Toni Çikarionu ildırım vurur. Daha sonra Çikario piano çalmaq arzusu hiss edir və digər bəstəkarların əsərlərini ifa etməyə başlayır. Hazırda cərrah olan Çikario həm də musiqiçi-bəstəkardır.

Masajist Con Sarkin iflicdən sonra rəsm çəkməyə başlayır. Əsərləri "New York Times" qəzetində, musiqi albomlarında, kitablarda yer alan Sarkinin rəsmləri 10 min dollara satılır.

Qeyri-adi hadisələrdən biri 2002-ci ildə Vaşinqtonda baş verib. Barda hücuma məruz qalan Ceyson Pacet dərslə arası olmayan, əyləncə və içki düşkünü biri idi. Lakin hücumdan sonra riyaziyyata, həndəsəyə maraq göstərməyə başlayan Ceyson 2 fərqli insana çevrildiyini dilə gətirir.

Bu hadisənin səbəblərindən biri beyində baş verən dəyişikliyin xoşbəxtlik hormonuna təsiridir. Beyin zərbə alanda, bu, LSD kimi narkotik vasitələrlə eyni formada təsir edə bilər. Daha çox ifraz edilən xoşbəxtlik hormonu yaradıcılıq səviyyəsini artırır.

Ciddi travmalar hisslərin sintezi ilə nəticələnə bilər. Bəzi insanlarda bu hal adi vəziyyətdə də müşahidə edilir. Bu növ hiss sintezinin ən geniş yayılmış nümunəsi yazı və rəng anlaşının qarışmasıdır. Məsələn, aktyor Cefriy Raş bazar ertəsini mavi rəngdə gördüyünü bildirir.

Beyinə edilən ciddi təsir ölü və ya ölmək üzrə olan hüceyrələrin ətrafına xoşbətlik hormonu olan seretoninin çatmasına, insanın daha əvvəl qurmadığı anlayışlar arasında əlaqə qura bilməsinə, nəticədə qeyri-adiliyə və yaradıcılıq qabiliyyətinin yaranmasına gətirib çıxarır.

1998-ci ildə aparılan tədqiqatda bir qrup nevroloq demansiya (ağlını itirmə) xəstəliyindən əziyyət çəkən insanlarda da yaradıcılıq qabiliyyətinin yüksəldiyini müşahidə ediblər. İnsanın beyni sağ və sol yarımkürədən ibarətdir. Sağ yarımkürə yaradıcılıqla, sol yarımkürə isə məntiq və dil bacarığı ilə əlaqədardır. Yaş və xəstəliyin təsiri ilə sol yarımkürə zədələnir və məntiqi düşüncə geriləyir. Nəticədə sağ yarımkürənin fəaliyyəti ön plana çıxır. 

Bu yanaşmaya əsasən, autizmdən əziyyət çəkən insanlarda da eyni hal müşahidə edilir. Kiçik yaşlarından beynin sol yarımkürəsində kifayət qədər serotonin hormonu ifraz edilmir və məntiqi düşüncədə geriləmə müşahidə olunur, nəticədə sağ yarımkürənin fəaliyyəti daha çox diqqət çəkir. Dünya şöhrətli elm və incəsənət şəxsləri olan Eynşteyn, Nyuton, Mosart, Darvin, Mikalencelonun autizmdən əziyyət çəkdiyini iddia edənlər var.

Qeyd edək ki, beyində yaranan zədə nəticəsində yaradıcılıq qabiliyyətləri ön plana çıxan insanlar obssessiv və qeyri-normal davranışlar göstərə bilirlər. Rəssam Con Sarkin bildirir ki, o, rəsm çəkməyi sevməkdən daha çox, özünü buna məcbur kimi hiss edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->