Xəbər lenti

Bəzi məktəbəhazırlıq qruplarında təhsil ödənişli ola bilər
Ölkə 14:14 15.08.2018

Bəzi məktəbəhazırlıq qruplarında təhsil ödənişli ola bilər

Qanunvericiliyə uyğun olaraq Təhsil Nazirliyinin icazəsi ilə bəzi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli şəkildə həyata keçirilə bilər.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.

O qeyd edib ki, bu gün məktəbəhazırlıq qruplarının ödənişli olması məsələsi gündəmdə deyil: "Məktəbəhazırlıq qruplarında təhsilin ödənişli şəkildə həyata keçirilməsi üçün Təhsil Nazirliyindən razılıq alınmalıdır".

İ.Abdullayeva hazırda məktəblərdə yaradılan məktəbəhazırlıq qruplarının ödənişsiz əsaslarla fəaliyyət göstərdiyini, növbəti tədris ili üçün sənəd qəbulu elan edilən məktəbəhazırlıq qruplarının da ödənişsiz olacağını söyləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->