"Amazon"un sahibi Ceff Bezosa məxsus aerokosmik "Blue Origin" şirkəti ekipaj kapsulasını sınaqdan keçirib.
Qaynarinfo Tech Crunch-a istinadən xəbər verir ki, sınaq uğurla yekunlaşıb və kapsula əvvəlkindən daha uzaq məsafəyə göndərilib. Sınaq üçün "New Shepard" raketindən istifadə edilib.
Proses "Blue Origin"in 9-cu sınağıdır və "Youtube"da 20 mindən çox insan tərəfindən izlənilib.
Kapsulanın sürəti saatda təxminən 3598 km-ə çatıb və 120 km yüksəkliyə qalxıb. Kapsula 12 dəqiqədən qısa müddətdə yerə eniş edə bilib.
Gülşən
Şərhlər