Xəbər lenti

Bibiheybət məscidi yaxınlığında nə baş verir?
Ölkə 22:27 07.12.2019

Bibiheybət məscidi yaxınlığında nə baş verir?

Noyabrın 24-də gecə saatlarında Bakının Səbail rayonu, Bayıl-Bibiheybət-Badamdar yolu istiqamətində yolun şəhərə gələn hissəsində Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi baş verib. Yolun sağ hissəsi dağılıaraq, uçub. Hadisə ilə əlaqədar yol bağlanılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Hazırda isə ərazidə təmir öncəsi hazırlıq işləri aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geologiya Kəşfiyyat xidmətinin baş mühəndisi Əziz Qaralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda Bibiheybət piri yaxınlığında sürüşmə ərazisində vəziyyət sabit olaraq qalır: "Orada hazırda heç bir ciddi proses baş vermir. Ərazidə Azərbaycan Avtomobil Yolları Agentliyinin əməkdaşları iş aparırlar. Yəqin, yaxın günlərdə təmir işlərinə başlayarlar".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sürüşmə zonasında nisbi sakitlıikdir.

"AAYDA geoloji kəşfiyyat işlərinin nəticəsi məlum olduqdan sonra işə başlayacaq. Yəni bununla bağlı layihə təqdim ediləcək. Gələcəkdə belə problemin təkrar yaşanmaması üçün əsaslı təmir işləri aparılmalıdır. Təmir işləri, yəqin ki, bir neçə ay davam edəcək. Amma hələ işlərə başlanılmayıb".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->