Xəbər lenti

Bill Qeyts malyariya əleyhinə genetikası dəyişdirilmiş ağcaqanadlar yaradacaq
Texnologiya 19:57 23.06.2018

Bill Qeyts malyariya əleyhinə genetikası dəyişdirilmiş ağcaqanadlar yaradacaq

"Microsoft" şirkətinin qurucusu Bill Qeyts ağcaqanadların öldürülməsi üçün 4 milyon dollar pul ayırıb.

Qaynarinfo Fox News-a istinadən xəbər verir ki, Qeyts pulu "Bill and Melinda Gates Foundation" adlı xeyriyyə təşkilatına yatırıb. Layihə genetikası dəyişdirilmiş erkək ağcaqanadların yaradılmasını nəzərdə tutur. Erkək ağcaqanadlar dişilərlə cütləşəcək. Doğulan yeni ağcaqanadlar bu gen nəticəsində yetkinlik dövrünə çatmadan tələf olacaq. Ağcaqanadlar yetkinlik dövrü zamanı insanları dişləməyə başlayır.

Layihə ağcaqanadlar vasitəsilə ötürülən malyariya xəstəliyinin qarşısını almağı hədəfləyir. Genetikası dəyişdirilmiş ağcaqanadlar ideyası "Oxitec" adlı Böyük Britaniya şirkətinə məxsusdur. Qurum artıq Zika virusuna qarşı ağcaqanadlar yaratmağa nail olub. Bəzi ərazilərdə bu virusun dayışıcısı olan ağcaqanadların 90%-i tələf olub. 

Malyariya əleyhinə ağcaqanad layihəsinin 2020-ci ildə yekunlaşması gözlənilir. 

Qeyd edək ki, malyariya hər il 440 min insanın ölümünə səbəb olur.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->