Hindistan Rusiyaya güclü "Nvidia" süni intelekt (AI) çiplərinin tədarükündə mühüm vasitəçi rolunu oynayır, texnologiyaların əsas mənbəyi isə Malayziyadır.
Qaynarinfo xəbər verir ki, bu haqda "Bloomberg" agentliyinin apardığı araşdırmada
bildirilir.
Hindistanın "Shreya Life Sciences" şirkəti Rusiyaya qabaqcıl texnologiyalar tədarük edir. "Bloomberg"ə görə, bu il aprel ayından avqust ayına qədər şirkət Rusiyaya "Nvidia"nın süni intellekt üçün hazırlanmış güclü prosessorları ilə 1111 ədəd "Dell PowerEdge XE9680" serveri ixrac edib.
Bu tədarüklərin dəyəri 300 milyon dollar olaraq qiymətləndirilir. Bu serverlər, potensial hərbi inkişaflarda istifadə oluna biləcəyinə görə, Qərb sanksiyaları ilə Rusiyaya ixracı məhdudlaşdırılıb.
ABŞ və Aİ-nin Rusiyanın həssas texnologiyalara çıxışını məhdudlaşdırmağa çalışmasına baxmayaraq, Hindistan qadağan olunmuş malların ixracında getdikcə daha mühüm vasitəçiyə çevrilir. İndistan bir tranzit nöqtəsi olsa da, ticarət məlumatları göstərir ki, həqiqi mənbə Malayziyadır.
Rusiyaya biznes aparmaq Hindistanda qanunsuz deyil, çünki Baş nazir Narendra Modinin hökuməti Moskva üzərində tətbiq edilmiş bir çox ABŞ və Aİ sanksiyalarında iştirak etmir.
"Shreya Life Sciences" 1995-ci ildən bəri Rusiyada fəaliyyət göstərir və bu şirkət Syuçit Kumar Sinq tərəfindən Moskva şəhərində təsis edilib. Əvvəlcə farmasevtik tədarükə yönəlsə də, indi "Shreya" texnoloji avadanlıqların ixracını da həyata keçirir.
Şirkət ABŞ sanksiyalarına tabe olmayan rus şirkəti "Main Chain"ə məhsul tədarük edir. Tədarüklər göstərir ki, idxal Malayziyadan "Dell International Services India Private Ltd." törəmə şirkəti tərəfindən sifariş edilib, tədarükçü isə "Dell Global BV" (Sinqapur filialı) göstərilib.
Xüsusilə, 2024-cü ilin mart ayı ilə avqust ayı arasında İndistan, Malayziyadan 1400-dən çox "Dell PowerEdge XE9680" serveri idxal edib və bu serverlər daha sonra Rusiyaya satılıb.
"Main Chain" "Hayers Infotech Private Limited" adlı ikinci bir hind şirkətindən də texnoloji məhsullar alıb. Birlikdə "Shreya" və "Hayers Infotech" fevral 2022-dən bəri Rusiyaya 434 milyon dollar dəyərində yüksək texnologiyalı məhsul ixrac edib.
Alpər
Şərhlər