Xəbər lenti

Hesabını dostunun köməyi ilə bərpa et:
Texnologiya 20:57 16.10.2025

Hesabını dostunun köməyi ilə bərpa et: "Google" yeni funksiyanı təqdim etdi

"Google” hesab təhlükəsizliyini artırmaq və parolun itirilməsi və ya hesabın sındırılması halında bərpa prosesini asanlaşdırmaq üçün bir sıra yeni təhlükəsizlik alətlərini təqdim edib. Ən mühüm yeniliklərdən biri Recovery Contacts ("Etibarlı əlaqələr”) funksiyasıdır.

Qaynarinfo xəbər verir ki, bu funksiya istifadəçilərə etibar etdikləri şəxsləri — dostlarını və ya ailə üzvlərini bərpa kontaktı kimi təyin etməyə imkan verir.
 
Belə kontaktlar istifadəçinin şəxsiyyətini təsdiqləyə və hesabın idarəetməsini bərpa etməyə kömək edə biləcəklər.

Funksiya şəxsi "Google” hesabları üçün nəzərdə tutulub və "Security” (Təhlükəsizlik) bölməsində yerləşir. Şirkət texniki detallar barədə geniş məlumat verməsə də, vurğulayır ki, bu, "standart üsullar işləmədikdə hesabı bərpa etməyin sadə və təhlükəsiz yolu”dur.

Digər yenilik — "Sign in with Mobile Number” ("Mobil nömrə ilə daxil ol”) funksiyasıdır. Bu xüsusiyyət "Android” cihazları üçün nəzərdə tutulub və hesabı ona bağlı olan telefon nömrəsi vasitəsilə avtomatik tanımağa imkan verir. Cihazını itirən istifadəçi yeni telefonda hesabına daxil olarkən parol daxil etmək əvəzinə, əvvəlki cihazdakı ekran kilidi kodunu yazmaqla identifikasiyadan keçəcək.

Bu yeniləmələr "Google”un istifadəçiləri fırıldaqçılıq və haker hücumlarından qorumaq strategiyasının bir hissəsidir. Digər alətlər arasında "Google Messages”də zərərli keçidlər barədə xəbərdarlıqlar və "Key Verifier” funksiyası da var — sonuncu kontaktların etibarlılığını yoxlayaraq saxta profillərdən qorunmağa kömək edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->