Bakıda ailə evindən çıxarıldı: Uşaqları küçədə dərs oxuyur (VİDEO)
Bakının Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 5-9 ünvanında yaşayan Şahbazovlar ailəsi artıq dörd gündür küçədə qalır.
Qaynarinfo xəbər verir ki, şikayətçi iddiasında 25 ildir sözügedən ünvanda yaşadığını qeyd edib.
Onun sözlərinə görə, evin bir hissəsinin sənədləri tam qaydasında olmasa da, bu günə qədər onlara heç bir xəbərdarlıq və ya tələbnamə təqdim edilməyib.
Qadın xəstə valideynləri və körpə övladları ilə dörd gündür küçədə qaldıqlarını, heç bir qurumun vəziyyətləri ilə maraqlanmadığını bildirib.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edildiyi qeyd olunur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər